Dalğa Gənclər Hərəkatı, BBC, VOA və Azadlıq radiosunun FM-dən çıxarılmasını qəti şəkildə pisləyir
By admin | January 3, 2009
Dalğa Gənclər Hərəkatı olaraq, biz BBC, VOA və Azadlıq radiosunun Azərbaycanda yayımının dayandırılmasını və FM-dən çıxarılmasını qəti şəkildə pisləyirik. Biz hesab edirik ki, bu addım Azərbaycanda Demokratiyanın və söz azadlığının inkişafına ciddi bir zərbə vurmaqla yanaşı, həm də ölkəmizin beynəlxalq arenadakı imicinin zəifləməsinə təsir edir. BBC, VOA və Azadlıq radiosunun FM-dən çıxarılması ölkəmizdə alternativ medianın inkişafını ləngitməkdədir. Bütün bu səbəbləri nəzərə alaraq biz MTRŞ-nı çıxarılan qərara yenidən baxmağa çağırırıq.
Dalğa GH,
İctimaiyyətlə Əlaqələr şöbəsi…
Topics: Press-Reliz | Şərh yoxdur »
Dalğa cənubda fəaliyyətini gücləndirir
By admin | October 28, 2008
27 oktyabr 2008-ci il tarixində Dalğa GH-nın cənub regional ofisi gənclərə növbəti görüşünü keçirdi. Tədbir 30-dan artıq gəncin iştirakı ilə keçdi. Göruş çərçivəsində bir sıra məsələlər müzakirə olundu və onların həlli yolları barədə fikir mübadiləsi aparıldı. Tədbirdə həm də ictimai-fəlsəfi klub və kino klubunun yaradılmasına qərar verildi və ilk film gənclərə təqdim olundu. Bu Dalğa GH-nın çəkdiyi “Dönüş” filmi idi. Əlavə olaraq ötən görüş zamanı başlanması nəzərdə tutulmuş “Böyük bacılar və böyük qardaşlar” kompaniyasına da start verildi. Göruşdən sonra Demokratiya məktəbinin ilk könüllü mühazirəsi keçirildi.
Topics: Aksiyalar, Layihələr | Şərh yoxdur »
Vəfa Cəfərova sədr seçildi
By admin | October 21, 2008
Topics: Tədbirlər | Şərh yoxdur »
Vəfa Cəfərova istefa verdi
By admin | September 23, 2008
Dalğa Gənclər Hərəkatı növbəti Qurultaya hazırlaşır
QayNar: Dalğa Gənclər Hərəkatının (Dalğa GH) dünən keçirilən idarə heyətinin iclasında Hərəkatın sədri Vəfa Cəfərova tutduğu vəzifədən istefa verib. Buna səbəb Dalğa Gənclər Hərəkatının nizamnaməsinin 4-cü müddəasının 3-cü bəndində göstərildiyi kimi, Qurultay gününə ən az 20 gün qalmış sədr istefa verməlidir və müvəqqəti olaraq idarəçilik Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinə ötürülməlidir. Nizamnaməyə uyğun olaraq, son iclasda qurultaya hazırlıq üzrə təşkilat komitəsi yaradılmışdır və Elvin Kazımlı komitənin rəhbəri seçilmişdir.
Oktyabrın 20-də keçirilməsi nəzərdə tutulan qurultayda sədrin və Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) hesabatları dinlənəcək, gizli səsvermə ilə növbəti 1 (bir) il üçün sədr və onun birinci müavini seçiləcək. Qurultayın 2-ci günündə Dalğa Gənclər Hərəkatının 1 (bir) il müddətinə İdarə Heyəti və MNTK, müxtəlif sahələr üzrə koordinatorlar, həmçinin komissiya sədrləri müəyyənləşəcək.
Əlavə məlumat üçün Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin rəhbəri Elvin Kazımlıya müraciət edə bilərsiniz.
Əlaqə telefonu: 050 575 15 19
Topics: Müxtəlif | Şərh yoxdur »
"Dalğa"dan Gürcüstana Dəstək aksiyası - 2-ci hissə
By admin | September 2, 2008
01.09.2008
Bu gün saat 16.00 radələrində Dalğa Gənclər Hərəkatı Bakıdakı “Puşkin bağı”nda Gürcüstandakı yürüşə dəstək əlaməti olaraq aksiya keçirib. Aksiyada gənclər, ələ-ələ tutaraq “We support Georgia” (Biz Gürcüstanı dəstəkləyirik), “You are not alone” (Siz yalnız deyilsiniz) şüarları ilə çıxış edib. Hərəkatın üzvləri bildiriblər ki, aksiyanı məhz “Puşkin bağı”nda keçirməkdə məqsəd, sülh və əmniyyətə çağırış etməkdir: “Biz inanırıq ki, Aleksandr Seygeyviç Puşkin bu gün sağ olsaydı o da bizimlə birgə Rusiya imperializminə və Gürcüstandakı savaşa etiraz edərdi ” - deyə Ramin Hacılı bildirib. Aksiyaya polisin müdaxiləsi olmayıb.
Aksiyanın videosuna bu keçiddən baxa bilərsiniz: http://dalgaciyiq.biz/?p=41
Davamı »
Topics: Aksiyalar, Press-Reliz, Tədbirlər | Şərh yoxdur »
Dalğa Gənclər Hərəkatından yeni sorğu
By admin | August 26, 2008
26.08.2008
Dalğa Gənclər hərəkatının IT koordinatorluğu və İctimai Əlaqələr koordinatorluğun təşəbbüsü ilə hərəkatın idarə heyəti, Dalğa Gənclər hərəkatının
rəsmi internet səhifəsində sorğu keçirmək barəsində qərar qəbul edib. Azərbaycan internet istifadəçiləri arasında keçiriləcək sorğu 16 oktyabr 2008-ci ilə qədər davam edəcək.”Seçkilərin demokratik keçəcəyininə inanırsınız mı?” başlıqlı sorğuya Dalğa Gənclər Hərəkatın rəsmi veb səhifəsintə qatıla bilərsiniz. Sorğunun nəticələri, ictimaiyyətə təqdim olunacaq. Sizi də bu sorğuda iştirak etməyə çağırırıq.
Topics: Müxtəlif | Şərh yoxdur »
Dağla Gənclər Hərəkatı 17 avqustda Əbu Bəkr məscidində törədilmiş terror hadisəsini qınayır.
By admin | August 19, 2008
19.08.2008.
Biz Dalğa Gənclər Hərəkatı olaraq istənilən terror hadisəsinə qarşıyıq. 17 avqustda Bakı şəhəri, Əbu-Bəkr
məscidində törədilmiş hadisənin insanların dini inanclarına qarşı hörmətsizlik kimi qiymətləndiririk. Bu hadisə Azərbaycanda sabitliyin pozulmasına gətirib çıxarda bilər ki, bu da bizi narahat edir. Hadisəni qəti şəkildə qınayır və hüquq-mühafizə orqanlarından bunun səbəbkarlarının tez bir zamanda tapılmasını və cəzalandırılmasını tələb edirik. Inanc sahiblərindən isə səbrli olmalarını rica edir və hüququn aliliyinə güvən arzulayırıq.
Biz Hüquq mühafizə orqanlarının bu hadisəyə tez bir zamanda aydınlıq gətirəcəyinə inanırıq. Rəhmətə gedənlərin ailələrinə baş sağlığı, yaralıların isə tez bir zamanda ayağa qalxmasını diləyirik.
Dalğa Gənclər Hərəkatı,
İdarə Heyəti
Topics: Müxtəlif | Şərh yoxdur »
"Dalğa" Gürcüstana informasiya dəstəyi yaradılmasında iştirak edəcək
By admin | August 19, 2008
19.08.2008.
Gürcüstana informasiya müharibəsində Azərbaycanın vətəndaş cəmiyyəti yardımçı olacaq.
“Azərbaycan vətəndaş cəmiyyətinin Gürcüstana dəstək kompaniyası davam edir. Hal hazırda Gürcüstan informasiya müharibəsində Rusiyaya uduzmaqdadır. Bu səbəbdən Helsinki Vətəndaş Assambleyasının, Avro-İnteqrasiya komitəsinin və Dalğa Gənclər hərəkatının təşəbbüsü ilə Gürcüstana informasiya dəstəyi məntəqəsi yaradıldı.” Vəfa Cəfərova, Dalğa GH-nın sədri.
Vəfa xanımın sözlərinə görə məntəqə 24 saat işləyəcək. Məntəqənin işi bundan ibarət olacaq: Gürcüstandan ilk əldən məlumat almaq, onu İngilis, Rus, Türk, İspan, Azərbaycan dillərinə tərcümə edib, 12 saat ərzində 2 dəfə xarici informasiya agentliklərinə və QHT-lərinə yollamaq.
Bundan əlavə informasiyalar məntəqənin öz bloqunda da yerləşdiriləcək.
Topics: Müxtəlif | Şərh yoxdur »
“Boykotla boykot” - Araz Önər
By admin | August 18, 2008
Araz Önər 
Boykotun nə olduğunu artıq keçən yazıda otaq yoldaşım İlkin Əlisoy bildirmişdi. Amma ortada bir əmma var ki, bu boykot terminini praktiki olaraq analiz etmək çox çətin məsələdir. Teoriyada boykot adama çox asan gəlir. Məsələn, müəllim mənim xoşuma gəlmir, mən o müəllimin dərslərini boykot edərək, dərsinə girmirəm. Boykotun bu növü Azərbaycanda ən çox məşhurdur. Çünki demək olar ki, bütün universitetlərdə tələbələr müəllimləri dolayı yolla da olsa boykot edirlər. Özüm də dəfələrlər bu boykotistlərdən biri olmuşam. Və bunu teorik olaraq düşündükdən sonra praktikada tətbiq etmək qərarına gəlmişəm. Nəticəsi də bu olub ki, az qala universitetdən xaric olunurdum.
Davamı »
Topics: Yazılar | Şərh yoxdur »
“Məndən qorxmayın” - Əli İbadov
By admin | August 18, 2008
Əli İbadov
Bəzən qara ağın əksi olmur. Necə ki, altruizm ( başqalarının mənafeyini öz mənafeyindən üstün tutmaq ) eqoizmin ( öz mövqeyini hamının mövqeyindən üstün tutmaq ) əksi deyil. Çünki reallıqda altruizm anlayışı olsa da altruist şəxsin olması mümkün deyil. Eqoizmi altruizmə qarşı qoyanlar əslində onu populizmə (olmayan yalan ifadələrlə kütləni ələ almağa çalışmaq) qarşı qoyduqlarının fərqinə varmırlar. Mən universitetə gələndə ən dəhşətə gəldiyim şeylərdən biri kiminsə eqoist olması idi. Sonralar düşüncə tərzim dəyişəndən sonra bir müəllimimiz eqoistlərə “başqalarının bədbəxtliyi üzərində xoşbəxtlik quranlar” kimi tərif vermişdi. Həmin dərsi seminarda danışanda “ mən eqoistəm və bu auditoriyada olanların hamısının eqoist olmasını iddia edirəm “ dedikdə mənə çox etirazlar olmuşdu. O zaman mən başqalarının bədbəxtliyi üzərində xoşbəxtlik qurmayacaq dərəcədə eqoist olduğumu demişdim.
Sonra bu da dəyişdi.
Topics: Yazılar | Şərh yoxdur »
« Əvvəlki xəbərlər
